EN

Serj Sarkisyana Çin səfirliyinə torpaq satmaqda ittiham olunur

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana qarşı torpaqların qanunsuz satışı ilə bağlı yeni ittihamlar irəli sürülüb...

Poliqon xəbər verir ki, bu barədə Hraparak qəzeti yazıb.

Martın 12-də məlum olub ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni ittihamlar irəli sürülüb. O, İrəvandakı Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı ilə bağlı külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir.

Nəşr qeyd edir ki, reallıqda bu torpaqlar panteondan kifayət qədər uzaqda yerləşir və onun adından çox güman ki, mənfi ictimai rezonans yaratmaq üçün istifadə olunur.

Hraparak mənbələri iddia edir ki, torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün ərazidə Çin diplomatik missiyası yerləşir.

Nəşr onu da vurğulayır ki, bu proses Ermənistan-Çin münasibətlərini çətinləşdirə bilər, çünki rəsmi Pekin hazırda səs-küylü cinayət işində iştirak edir.

Poliqon.info

 

Chosen
5
3
poliqon.info

6Sources