"Yaxın zamanlarda Azərbaycan və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olacaq".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumunda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriyada Azərbaycan səfirliyi 12 illik fasilədən sonra fəaliyyətini bərpa etdi:
"Daha sonra Əsəd rejiminin qeyri-dost addımları səbəbi ilə fəaliyyəti dayandırıldı. Rejim devrildikdən sonra isə münasibətlərin bərpası istiqamətində addım atıldı. Artıq ilk humanitar yardımı da göstərmişik.
Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək".