EN

Ov qaydalarını pozanlar 82 min manat cərimələndi

Ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı 82 min manat cərimələnib.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.

Bildirilib ki, qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətləri yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonu Məmmədli, Xızı rayonu Yaşma ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkar edib.

Bununla yanaşı Neftçala rayonu Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonu Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonu Məmmədli, İsmayıllı rayonu Ağbulaq, Sabirabad və Şəmkir rayonları ərazisində də, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktlarına rast gəlinib.

Chosen
1
20
publika.az

10Sources