EN

Putinə Ukraynadan gizli zəng etdilər

Rusiya prezidenti Vladimir Putinə Ukraynadan gizli zənglər gəlib.
 
Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın "Rossia 1" telekanalının aparıcısı Olqa Skabeyevaya müsahibəsində danışıb.
 
O, konkret olaraq kimin Moskvaya zəng etdiyini və onların Ukrayna nümayəndələri olub-olmadığını açıqlamayıb: "Mən danışmayacağam, qoy Vladimir Vladimiroviç danışsın. Onlarla danışdı. Danışıqları qeyri-ictimai razılaşma idi".
 
Lukaşenko qeyd edib ki, belə təmaslar jurnalistlər xəbər tutmasın deyə reklam olunmur: "Bəlkə Vladimir Vladimiroviç risk edib ona kimin zəng etdiyini deyəcək". (Bizim.Media)
Chosen
37
9
moderator.az

10Sources