Rusiya Prezidenti Vladimir Putinə Ukraynadan gizli zənglər gəlib.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Rossia 1” telekanalının aparıcısı Olqa Skabeyevaya müsahibəsində deyib.
O, konkret olaraq kimin Moskvaya zəng etdiyini və onların Ukrayna nümayəndələri olub-olmadığını açıqlamayıb:
“Mən danışmayacağam, qoy Vladimir Vladimiroviç danışsın. Özü onlarla danışdı. Danışıqları qeyri-ictimai razılaşma idi”.
Lukaşenko qeyd edib ki, belə təmaslar jurnalistlər xəbər tutmasın deyə reklam olunmur:
“Bəlkə Putin risk edib ona kimin zəng etdiyini deyəcək”.
"Cebheinfo.az"