EN

Xəzər və Nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib

 

Bakı, 15 mart, AZƏRTAC

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində Xəzər və Nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.

Faktla bağlı araşdırmalar aparılır.

 

 

Chosen
12
5
azertag.az

10Sources