EN

Azərbaycanın U-17 millisi seçmə mərhələdə ikinci oyununa çıxır

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirəcək. SİA xəbər verir ki, B Liqasının 2-ci qrupunda yer alan yığma Bolqarıstan seçməsi ilə üz-üzə gələcək. Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı gürcüstanlı baş hakim idarə edəcək. Matç saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda saat 11:00-da Lüksemburq və Malta seçmələri üz-üzə gələcəklər.

Chosen
5
2
sia.az

9Sources