EN

Qadın futbolçu rekordlar qırmağa davam edir: Debütü ilə tarixə düşdü - Video

“Qothem”in hücumçusu MakKenna Uitham ABŞ Milli Qadın Futbol Liqası (NWSL) tarixində ən gənc debütant olub.

Publika.az xəbər verir ki, bu barədə çempionatın sosial media hesablarında məlumat verilib.

Bu tarixi hadisə “Reyne” ilə mövsümün açılış matçında (1:1) baş verib. Uitham 90+3-cü dəqiqədə əvəzedici kimi meydana daxil olub. Amerikalı qadın futbolçu 14 yaş 8 aylığında meydana çıxıb. Bu, onu turnir tarixində ən gənc debütant edib.

“Qothem” keçən yay 13 yaşında olarkən Uithemlə müqavilə imzalamışdı. Bu transfer düşüb. O, bununla NWSL klubu ilə müqavilə imzalayan ən gənc qadın futbolçu olub.

Chosen
7
20
publika.az

10Sources