Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turniri 3 medalla başa vurublar.
Millimizin üzvləri Məhəmmədəli Qasımzadə (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Kruzito Kovaçı (Macarıstan) 4:1 hesabı ilə məğlub edib. Tural Sarıyevlə (50 kq) Əli Abdullayev (65 kq) isə gümüş medala sahib olublar.
L.AZAD
XQ