EN

Mənzildə yanğın oldu – 6 nəfər öldü

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yanğın nəticəsində beşi uşaq olmaqla 6 nəfər ölüb.

Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd olunub ki, hadisə gecə saatlarında rayonun Vpered kəndindəki mənzillərin birində baş verib.

“Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələn zaman açıq yanğın olmayıb. Yanğın 2,5 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər mənzildə həyat əlaməti olmayan 5 uşaq (2017, 2019, 2019-cu il təvəllüdlü üç qız və 2021-ci il təvəllüdlü iki oğlan) və 33 yaşlı kişini aşkar ediblər”, - məlumatda deyilir.

Vurğulanıb ki, hadisə yerində müvafiq qurumların əməkdaşları işləyirlər.

Chosen
27
1
avtosfer.az

2Sources