EN

Aİ və Britaniya Ukraynaya hərbi yardımını artırır

Avropa İttifaqı və Britaniya mümkün atəşkəsdən ehtiyat edərək Ukraynaya silah ötürülməsi prosesini intensivləşdirməyə çalışır.

AzPost xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Lammi deyib.

“Əlbəttə, biz Ukraynanı hərbi və iqtisadi baxımdan mümkün olan ən güclü mövqeyə qoymaq niyyətindəyik”, – nazir  Bloomberg-ə bildirib. 

O, həmçinin Aİ xarici işlər naziri Kaja Kallas ilə mümkün atəşkəsdən əvvəl Kiyevə hərbi dəstəyin artırılması perspektivləri ilə bağlı müzakirələri xatırladıb. Lammi bu təşəbbüsün Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlərinin Kanadada keçirilən görüşündə də müzakirə edildiyini vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Rusiyanın 2500-ə yaxın ukraynalı hərbçini mühasirəyə alması ilə cəbhədə üstünlük əldə edə bildiyini bildirib. 

Chosen
16
8
azpost.info

9Sources