Bakı. Trend:
İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu,İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, ŞişliBələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəlibarəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı iləhəbs qərarı çıxarıb.
Trend xəbərverir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Baş Prokurorluğun yaydığı bəyanatda bildirilir ki, PKK/KCKterror təşkilatının İstanbul başda olmaqla böyük şəhərlərdətəsirini artırmaq məqsədilə 31 mart 2024-cü il tarixində keçirilənbələdiyyə seçkiləri çərçivəsində "şəhər konsensusu" adlı fəaliyyəthəyata keçirilib.
Terror təşkilatının rəhbərlərindən Cemil Bayık və Mustafa Karasuseçkilər öncəsi öz fikirlərini və təlimatlarını təşkilata yaxınmedia vasitəsilə yayımlayıblar.
Açıqlamada qeyd olunur ki, İstanbul seçkilərində İstanbul meriƏkrəm İmamoğlunun "şəhər konsensusu" prinsipi əsasında terrortəşkilatının çətir strukturu olan Xalqların Demokratik Konqresi(HDK) ilə ittifaqa getdiyi barədə dəlillər mövcuddur. Bu çərçivədə,başda İstanbul olmaqla bir çox şəhərdə HDK üzvlərinə qarşı eynivaxtda əməliyyatlar keçirilib və saxlanılan şəxslər barəsindəaraşdırmalar davam edir.
Məlumata əsasən, istintaqın gedişində CHP siyahısı ilə seçilmişbələdiyyə məclisi üzvləri və təyin olunmuş bələdiyyə sədrlərindənbəzilərinin terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.
İstintaq çərçivəsində toplanan sübutlara əsasən, İstanbul meriƏkrəm İmamoğlu, İstanbul bələdiyyəsinin baş katibinin müavini MahirPolat, Şişli Bələdiyyə sədri Rəsul Emrah Şahan, İslahatlarİnstitutunun rəhbəri Mehmet Ali Çalışkan, terror təşkilatınınideoloji strukturunda fəaliyyət göstərdiyi müəyyən edilən vəhazırda qaçqın olan A.B, onun sahibi olduğu “Spectrum House”şirkətinin əməkdaşı və 2018-ci ildə terror təşkilatının silahlıqüvvələrinə kadr cəlb etməkdə adı hallanan H.A., Şişli Bələdiyyəsədrinin müavini Ebru Özdemirin "şəhər konsensusu" fəaliyyətindəəlbir olduqları bildirilir.