EN

Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən yolda təhlükəsiz hərəkət üçün işlər görülüb

Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurmadan sonra nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin böyük mütəxəssisi Məmməd Məmmədov deyib.

Qeyd olunub ki, dövlət başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq, Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilib:"Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yol bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarətdir. Avtomobil yolunun yenidən qurulması çərçivəsində torpaq yatağı genişləndirilib, yağış sularının kənarlaşdırılması məqsədilə suötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib. Bundan başqa yolda müxtəlif növ yol nişanları quraşdırılıb. Həmçinin sərt döngələrdə metal çəpər quraşdırılıb. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq”.

Qeyd edək ki, martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Chosen
45
3
apa.az

10Sources