Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar ki, bütün süfrələrin yaraşığıdır.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, paytaxtda kifayət qədər səməni satışının olduğu yerlərlə rastlaşa bilərsiniz.
Satıcıların sözlərinə görə, müxtəlif zövqdə olan səmənilərin qiyməti bəzəyinə və ölçüsünə görə dəyişir.
"Minimum 1 manatdan başlayır, hətta 90 manata belə satışa çıxarılan səmənilər var".
Satıcılar bu səmənilərin öz müştəriləri olduğunu desələr də, alıcılar bir neçə günə solacaq səmənəyə o qədər pul verməyi mənasız hesab edirlər.