Goranboy Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq şəhərin mərkəzində Novruz bayramı ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri və kollektivləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rayon rəhbəri tədbir iştirakçılarını,o cümlədən bütün goranboyluları xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək onlara can sağlığı, bol ruzi və sülh, əmin-amanlıq arzulamışdır.
Tədbirdə tanınmış incəsənət ustalarının, Gəncə Dövlət Flarmoniyası solistlərinin və rayonun mədəniyyət işçilərinin ifasında bədii proqram, folklor nümunələri, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən səhnələr nümayiş etdirilmiş, bayram tonqalı yandırılmışdır.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy.