EN

İmamoğlunun diplomu niyə ləğv edildi? Yeni pozuntular aşkarlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İstanbul Universitetinin şəhər bələdiyyəsinin sədri Ekrem İmamoğlunun da daxil olduğu 28 nəfərin diplomlarının ləğv edilməsi ilə bağlı yeni faktlar məlum olub.
Oxu.Az "Anadolu"ya istinadən xəbər verir ki, ali məktəbin 1990-cı ildə verdiyi elanda digər universitetlərdən köçürülmə üçün 50 yer ayrıldığı göstərilib. Lakin sonradan bu yerlərin sayı elanın son tarixi nəzərə alınmadan prosedur pozuntuları ilə 80 nəfərədək artırılıb.
Köçürülmə ilə bağlı bəzi şübhəli əməliyyatlar müəyyən edilib. Məsələn, keçid qaydalarənda göstərilən şərtlərin yerinə yetirilmədiyi halda, çox sayda müraciətin qəbul edildiyi bildirilib.
Vurğulanıb ki, müraciətlərin qiymətləndirilməsində, həm müraciəti qəbul ediləcək ali təhsil müəssisələri ilə bağlı, həm də müraciəti qiymətləndiriləcək tələbələrlə bağlı çox sayda səhv əməliyyat aşkarlanıb.
Chosen
30
50
oxu.az

10Sources