EN

Türkiyənin daha bir hotelində dəhşətli yanğın - Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bursanın Uludağ bölgəsində yerləşən hoteldə yanğın baş verib, alov qısa müddətdə bütün binanı bürüyüb. Faciə nəticəsində bir nəfər həlak olub.
Oxu.Az "Hürriyet"ə istinadla xəbər verir ki, bu barədə Bursa Böyükşəhər Bələdiyyəsinin başçısı Mustafa Bozbey məlumat verib.
Onun sözlərinə görə, yanğınsöndürənlər dörd nəfəri xilas ediblər.
Hoteldə onlardan başqa heç kimin olmadığı düşünülür.
Yanğının səbəbi hələ müəyyən olunmayıb.
Qeyd olunur ki, hotel 78 nəfərin həlak olduğu Kartalkaya faciəsindən sonra bağlanmışdı.
Chosen
174
50
oxu.az

10Sources