EN

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ermənilərin azərbaycanlılara qarşı 1918-ci ildə həyata keçirdiyi soyqırımı ilə bağlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı zaman-zaman qətliam və soyqırımı aktlarını törətdiklərini bildirib. 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının proqram sənəd olduğunu deyən İlham Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.

ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında daşnak və silahlı erməni millətçiləri, eləcə də bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə qətliamlar törədildiyini, minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü qeyd edib. Diqqətə çatdırıb ki, bir həftə ərzində təkcə Bakıda 12 mindən artıq insan - əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilib. Hətta hadisələrin ilk 3-4 günü ərzində daşnak-bolşevik dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə verməyiblər, ermənilər cəsədləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara yığıblar, quyulara, dənizə atıblar. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin hakimiyyətinin bərqərar olması səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilməyib.

Məhərrəm Zülfüqarlı müəllifi olduğu “Şamaxı soyqırımı – 1918” (Azərbaycan və ingilis dillərində), “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi. Göyçay döyüşləri (iyun-iyul 1918)” və “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitablarında 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul-Kürdəmir istiqamətində törətdikləri soyqırımından bəhs olunduğunu deyib.

Professor Məhərrəm Zülfüqarlı Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinə ziyarətlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

Universitetin İctimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlığından bəhs edib. Qafqaz İslam Ordusunun albayı, azərbaycanlı Yusif Ziya haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Chosen
67
2
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
17116
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16742
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
16002
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
14187
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
13150
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9995
Çingiz Mustafayevin toyudur - FOTOLAR
8595
"Zaur, yenə çaşdın..." - VİDEO
8115
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6722
Minimum əmək haqqı nə qədər arta bilər?
6301
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5727
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
5710
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5544
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
4926
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4776
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4465
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4457
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi - FOTO
3458
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3416