RU

Türkiyənin logistika şirkəti Azərbaycan bazarını tərk edir

Bakı. Trend:

Türkiyənin “Ader Global Lojistik Nakliyat Ticaret Limited”şirkətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunur.

Trend-in əldəetdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.

Belə ki, bu ilin fevralın 25-də hüquqi şəxsin hüquq vəvəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğvedilməsi barədə qərar qəbul edib.

Bildirilib ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqişəxsə qarşı tələblərini AZ1078, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.HƏSƏNƏLİYEV, ev.139A ünvana bildirə bilərlər.

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinəəsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəməbarədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetməkomissiyası (təsviyəçi) tərəfindən ödəniləcək”, - deyə məlumatdavurğulanıb.

Qeyd edək ki, sözügedən şirkət ötən ilin dekabrında dövlətqeydiyyatına alınıb. Şirkətin qnuni təmsilçisi Zeynalov ElnurEynulla oğludur.

Избранный
55
2
az.trend.az

5Источники