Bu gün sizin qarşınızda çıxış etməyim bir möcüzədir, çünki həyat mənə ikinci bir şans verdi.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, bu sözləri ötən il dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən Aktauda qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsindən sağ qalan stüardessa Aydan Rəhimli bu gün Heydər Əliyev Sarayında keçirilən 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbirdə deyib.
O çıxışı zamanı, həmkarı Hökumə Əliyevanın etdiklərinin hamımız üçün qəhrəmanlıq nümunəsi olduğunu deyib.