Hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın məruzəsində göstərilir ki, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsində nöqsanlar var.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsman) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.