RU

Həlak olan rus əsgərlərin analarına ətçəkən maşınlar hədiyyə edilib...

...Rusiya Federasiyasının Murmansk vilayətininPolyarnıye Zori şəhərində “Vahid Rusiya” partiyasının qadın hərəkatının təşkilatçılığı ilə “Qəhrəman analarına gül” aksiyası keçirilib. , SİA-nın məlumatına görə, “VKontakte” sosial şəbəkəsində “Vahid Rusiya”nın yerli bölməsinin yazısına diqqət çəkən “Mediazona” yazır ki, 8 Mart gününə həsr olunmuş tədbir çərçivəsində Rusiyanın Ukraynaya müdaxiləsi zamanı həlak olan hərbçilərin analarına gül və ətçəkənlər hədiyyə edilib.

Deməli, dərc olunmuş fotoşəkillərdə şöbənin katibi Anna Maxunova və şəhər rəhbəri Maksim Çenqayevin qadınlara gül dəstələri ilə birlikdə məişət texnikası təqdim etdikləri əks olunub.

…Nə bilim, bunu üzərindən elə-belə də keçmək olardı, amma…

…Deməli, keçən ilin oktyabrında Böyük Britaniya Müdafiə Nazirliyi Rusiyanın ümumi itkilərini 648 min nəfər (bunlardan 200 mini ölüb, 448 mini yaralanıb) hesablayıb. Eyni dövrdə Pentaqon oxşar rəqəmlərə istinad edib: 615 min itki, o cümlədən 115 mini ölü və 500 mini yaralı…

Bu ilin fevral ayında ABŞ prezidenti Donald Tramp Rusiyanın itkilərini ölənlər və ağır yaralananlar da daxil olmaqla 800-900 min nəfər təşkil etdiyini deyib.

…Maraqlıdır, bu zərurətdir, yoxsa təsadüf…ətçəkəni deyirəm ey…

Əli Babayev

Избранный
39
sia.az

1Источники