RU

Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlara təsirindən narahatdır - Azərbaycanın Cenevrədəki BMT Bölməsi

Bakı. Trend:

Azərbaycan mina çirklənməsinin fiziki məhdudiyyətli insanlaratəsiri ilə bağlı narahatlığını bildirib.

Trend xəbər verirki, bu barədə Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digərbeynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin X hesabındapaylaşılan bəyanatda deyilir.

Martın 10-da Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 58-cisessiyasında Azərbaycanın daimi missiyası bəyanat təqdim edib.Bəyanatda Azərbaycan hökumətinin fiziki məhdudiyyətli qadınlarınictimai həyata inteqrasiyasına, sosial müdafiə, reabilitasiya vəfiziki məhdudiyyətli şəxslərin xüsusilə kənd yerlərindəixtisaslarının artırılması və əmək imkanlarının yaxşılaşdırılmasınayönəlmiş proqramlara xüsusi əhəmiyyət verdiyi vurğulanıb.

Azərbaycan həmçinin öz ərazisində mina çirklənməsinin yüksəksəviyyəsi ilə bağlı narahatlığını ifadə edib. Bəyanatda, əhalininböyük bir hissəsinin keçmiş işğal olunmuş ərazilərdə erməniqüvvələri tərəfindən yerləşdirilmiş minalardan əziyyət çəkdiyi qeydedilib.

“Mina çirklənməsi və Ermənistanın dəqiq mina sahələrixəritələrini təqdim etməkdən imtina etməsi qadınlar və uşaqlar dadaxil olmaqla insanların həyatını almağa və şikəst etməyə davamedir”, – bəyanatda deyilib.

Rəsmi Bakı beynəlxalq ictimaiyyəti bu ərazilərin minalardantəmizlənməsində dəstək göstərməyə çağırıb və xüsusi məruzəçidənmina qurbanları probleminə diqqət yetirməsini xahiş edib.

Bundan əlavə, Azərbaycan Qırğızıstan hökumətinə fizikiməhdudiyyətli şəxslərin hüquqları üzrə xüsusi məruzəçi iləəməkdaşlığa görə təşəkkürünü bildirib və Qırğızıstanın fizikiməhdudiyyətli şəxslərin hüquqlarının qorunması üçün gördüyütədbirləri təqdir edib.

Избранный
37
12
az.trend.az

10Источники