RU

Macarıstan və Azərbaycan arasında ikitərəfli enerji əməkdaşlığının inkişafı müzakirə olunub

Peter Siyarto ilə Pərviz Şahbazov arasında görüş olub.

Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında görüş olub.

Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında paylaşım edib.

Məlumata görə, görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, yaşıl enerji dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edilib.

Həmçinin, Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərt Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparılıb.

Избранный
16
13
operativmedia.az

10Источники