Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11- də Bakıda rəsmi qarşılanma mərasimi olub.
"Bu gün Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayilov bildirib:
"Bu gün Azərbaycan Mərkəzi və Cənub Şərqi Avropa ölkələri ilə çox yaxşı əlaqələrə malikdir. Məhz ölkəmizim mövqelərinin güclənməsi fonunda Azərbaycanın dünya siyasət səhnəsində çəkisi və sözü xüsusi olaraq yüksək qiymətləndirilir. Azərbaycan bu gün Avropa İttifaqının üçdə biri ilə enerji təhlükəsizliyi sahəsində strateji müttəfiqliyə malikdir. Ölkəmizin Şimali Makedoniya ilə münasibətləri bu gün ən yüksək şəkildə davam edir. Nəzərə almaq lazımdır ki, Şimali Makedoniya prezidenti Qordona Davkovanın Bakıya səfəri, İlham Əliyevlə görüşdə hər iki ölkənin bundan sonrakı inkişafı ilə bağlı verdiyi açıqlamalar çox önəmli əhəmiyyətə malikdir. Eyni zamanda bundan sonra Azərbaycan və Şimali Makedoniya arasında ticari, iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini gözləyirik. Hər bir halda Azərbaycanla Şimali Makedoniya arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edir"