RU

Azərbaycan-İspaniya Strateji İqtisadi Dialoqunun 1-ci iclası keçirildi, Anlaşma Memorandumu imzalandı (FOTO)

Bakı. Trend:

Bakıda Azərbaycanla İspaniya arasında Strateji İqtisadi Dialoqun1-ci iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosialşəbəkəsindəki hesabında paylaşım edib.

"İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi xanım AmparoLopez Senoviya ilə görüşdə iqtisadi əməkdaşlığın inkişafperspektivləri, bu gün keçirilmiş Azərbaycan – İspaniyabiznesforumunun və iki ölkə arasında Strateji İqtisadi Dialoqun1-ci iclasının sahibkarlıq subyektlərinin fəaliyyətinin təşviqindəəhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.

O bildirib ki, görüş çərçivəsində "Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi və İspaniya Krallığının İqtisadiyyat,Ticarət və Biznes Nazirliyi arasında strateji iqtisadi əməkdaşlıqhaqqında Anlaşma Memorandumu" imzalanıb.

"Sənədin icrası ikitərəfli #biznes əlaqələrini genişləndirmək,investisiyaları artırmaq, texnologiya və bilik transferini, təcrübəmübadiləsini və birgə təşəbbüsləri təşviq etməklə əməkdaşlığışaxələndirməyə töhfə verəcək", - nazir vurğulayıb.

Azərbaycan-İspaniya
Azərbaycan-İspaniya
Избранный
16
15
az.trend.az

10Источники