RU

İmişlidə “Yel-nəfəs, ruh, yaradılış“ adlı tədbir keçirilib

İmişli Rayon İcra Hakimiyyətinin və  Mil-Muğan Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə rayonun Mədəniyyət Mərkəzinin qarşısındakı parkda “Yel - nəfəs, ruh, yaradılış” adlı bayram tədbiri təşkil olunub.

“İki sahil” xəbər verir ki,  tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Səyyad Aranlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə müəssisə və təşkilatlarının kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdə bayramın ədət-ənənələrini özündə əks etdirən sərgiyə baxış keçirilib, daha sonra tədbirin rəsmi hissəsində çıxış edənlər bayram münasibətilə rayon sakinlərini təbrik ediblər.

Tədbirin bədii hissəsində mədəniyyət işçilərinin təqdimatında bayrama həsr olunmuş səhnəciklər, folklor nümunələri nümayiş etdirilib, bayram ab-havasını özündə əks etdirən rəqs nümunələri, musiqi nömrələri ifa olunub.

Избранный
17
ikisahil.az

1Источники