RU

Merkel Ukraynada müharibənin dayandırılması ilə bağlı fikirlərini açıqladı

Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynadakı münaqişənin təkcə hərbi yolla həll edilə bilməyəcəyini deyərək diplomatik səylərin zəruriliyini vurğulayıb.

KONKRET.az xəbər verir ki, o, bu sözləri martın 10-da Düsseldorfda “Rheinische Post” qəzetinin tədbirində deyib.

Merkel Rusiya prezidenti Vladimir Putini “suveren Ukrayna ölkəsinə hücumda”, beynəlxalq hüququ pozmaqda və Avropanın müharibədən sonrakı nizamını pozmaqda ittiham edib. Bununla belə, o qeyd edib ki, hərbi əməliyyatlar uzunmüddətli həllə gətirib çıxara bilməz.

Keçmiş kansler ümid etdiyini bildirib ki, vəziyyət dəyişəcək və Rusiya və Ukrayna danışıqlar yolu ilə sülh razılaşmasına gələ biləcəklər.

O, həmçinin Ukraynanın müstəqil və suveren dövlət olaraq qalmalı olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, Avropa və mümkünsə ABŞ Ukraynanın suveren dövlət kimi gələcəyini dəstəkləmək üçün hər cür səy göstərməlidir.

Günel Mikayılova,

KONKRET.az

Избранный
40
konkret.az

1Источники