RU

Makron təxribata hazırlaşır: Ukraynada sülhə mane olacaq – İddia

“Avropa İttifaqı (Aİ) və Fransa Prezidenti Emmanuel Makron Ukraynada sülhün əldə olunmasına mane ola bilər”.

Hurriyyet.az xəbər verir ki, bunu Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippot deyib.

O qeyd edib ki, bununla bağlı bəzi təxribat xarakterli hərəkətlər də gözlənilir:

“Onlar sülh yox, daha çox münaqişənin davam etdirilməsini istəyirlər. Mümkündür ki, Avropa bloku və Fransa lideri münaqişənin həllini pozmaq, öz qoşunlarını Ukraynaya göndərməyə haqq qazandırmaq üçün saxta bayraq əməliyyatlarına əl atsınlar”.

Florian Filippot bildirib ki, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında baş tutan son danışıqlar fonunda müəyyən narahatlıqlar yaranıb.

Globalinfo.az

Избранный
22
hurriyyet.az

1Источники