Martın 15-də U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürəcək.
İdman.biz xəbər verir ki, 2 gün davam edəcək yarışa 43 klub və idman cəmiyyəti qatılacaq.
348 cüdoçu (288 oğlan, 60 qız) 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
İdman.biz