RU

Trampın məktubunu BƏƏ elçisi çatdıracaq

BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bu gün İrana səfər edəcək.

Yenisabah.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Səfər çərçivəsində Qarqaş müşaviri İranın xarici işlər naziri Abbas Əraqçi ilə danışıqlar aparacaq. Onun ABŞ prezidenti Donald Trampın məktubunu çatdıracağı gözlənilir.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Araqçi bu gün ərəb vasitəçinin ABŞ prezidenti Donald Trampın məktubunu Tehrana çatdıracağını açıqlayıb. Xamnəinin Trampın məktubunu qəbul edib-etməyəcəyi bəlli deyil.

Xatırladaq ki, 2019-cu ildə Xamenei Trampın ilk səlahiyyət müddətində Yaponiyanın ovaxtkı Baş naziri Sindzo Abe vasitəsilə göndərdiyi məktubu qəbul etməkdən imtina edib.


Telegram kanalımız
Избранный
26
6
yenisabah.az

10Источники