RU

ADU dünyanın ən yaxşı universitetləri ARASINDA!

Azərbaycan universitetləri 5 fənn sahəsi üzrə QS dünyanın ən yaxşı universitetlərinin reytinqində yer alıb.

News24.az-ın xəbərinə görə, martın 12-də “Quacquarelli Symonds” reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib. Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Azərbaycan Dillər Universiteti “Müasir dillər” proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır.

Избранный
77
21
news24.az

10Источники