
“Ukrayna Kiyevin sülhə hazır olduğunu göstərmək üçün ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Mən çox ciddiyəm və müharibəni bitirmək mənim üçün vacibdir. Mən Amerika Birləşmiş Ştatlarının prezidentinin bunu görməsini istəyirəm”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Rusiyanın atəşkəslə razılaşması şansları nə qədərdir? Gəlin nəzər salaq. Moskva bundan imtina edərsə, Ukrayna ABŞ-dən Rusiyaya qarşı güclü addımlar gözləyir. Mən hələ təfərrüatları bilmirəm, amma biz sanksiyalardan və Ukraynaya artan dəstəkdən danışırıq”, - Zelenski deyib.
Ölkə başçısı qeyd edib ki, Ukraynanın pilotsuz təyyarələrinin Moskvaya hücumu güc nümayişi deyil:
“Bu, Rusiyanın Ukraynaya etdiklərinə ədalətli cavabdır. Bu gün, məsələn, Krivoy Roqa hücumlar oldu. Necə düşünürsünüz: bundan sonra Ukrayna qoşunları cavab verəcəkmi? Biz müharibəyə başlamamışıq, amma onun bitməsini çox istəyirik. Amma insanlarımızı öldürüb, bunun cavabını almamaq - bu baş verməyəcək”.