RU

U-17 millimiz Lüksemburqa Bakıda biabırçı hesabla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-17) Avropa çempionatının (AÇ-2025) 2-ci seçmə mərhələsində mübarizəyə başlayıb.

Arena.az xəbər verir ki, yığmamız bu gün ilk oyununu keçirib.

B Liqasının 2-ci qrupunda yer alan U-17 millimiz Lüksemburq yığması ilə üz-üzə gəlib. “Bayıl Arena”da təşkil olunmuş matçda qonaqlar böyük hesabla qalib gəliblər. İlk hissədə bir top vuran Lüksemburq fasilədən sonra daha 4 dəfə fərqlənib – 5:0. Bu qollardan ikisi rəqib azlıqda qaldıqdan sonraya təsadüf edib.

Qeyd edək ki, bu qrupun bütün oyunları Bakıda keçirilir. 1-ci turun digər matçında Bolqarıstan bu gün Maltaya 5 cavabsız qol vurub.

AÇ-2025-in ikinci seçmə mərhələsi
B Liqası, 2-ci qrup
12 mart

Azərbaycan – Lüksemburq 0:5
Qollar: Hanna Ditrix, 7, Çarlie Jorje Maqalyaes, 53, Lisa Jüstine Daffik, 63, Karmen Kirps, 89, Amelie Feil, 90.
Baş hakim: Eglantina Pyetruşay (Albaniya).
“Bayıl Arena”.

Azərbaycan: 1. Nərgiz Ağaliyeva, 2. Ayan Abdiyeva, 3. Aysu Əsədova, 4. Arzu Cəfərova, 7. Aylin Kərimova, 8. Xədicə Rəhimova, 10. Ayşən Salamzadə, 11. Səma Əsədova, 14. Sara Səlimli, 16. Xanım Əsədova, 18. Suel Polikarpova.
Ehtiyat oyunçular: 12. Firuzə Bayramova, 22. Aydan Abdullayeva, 5. Aygün Novruzova, 6. Məhsumə Vahabzadə, 9. Məryəm Səmədli, 13. Naidə Məmmədova, 15. Elmira Hüseynova, 17. Şəhanə Mirzəliyeva, 19. Bədriyyə Mövludova.
Baş məşqçi: Nərgiz Qurbanova.

Lüksemburq: 1. Julie Da Silva Kerqer, 2. Silvia Konte, 4. Loana Fernandes Anceliko, 7. Çarlie Jorje Maqalyaes, 8. Amelie Feil, 9. Federika Morvilli, 10. Klara Rozenbrok, 11. Hanna Ditrix, 13. Martina Palazzo, 17. Joana Ribeyro Fernandes, 20. İnes Martins.
Ehtiyat oyunçular: 12. Pyetrasik David, 3. Luana Karvalyo Dias, 5. Mari Lili Olinqer, 6. Cenni Soares Maqalyaes, 14. Lisa Jüstine Daffiks, 15. Saidi Şmit, 16. Maeva Ribeyro Alves, 18. Karmen Kirps, 19. Kati Elizabet Vaessen.
Baş məşqçi: Kristina Da Silva Korreya.

Избранный
15
arena.az

1Источники