RU

Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib

Filippinin sabiq prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs edilib.

Missiya.Az APA-ya istinadla xəbər verir ki, bu barədə məhkəmənin dərc olunan press-relizində deyilir.

Duterte əvvəllər Filippin hökuməti tərəfindən insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək BCM-nin məhkəməyə qədər palatası tərəfindən verilən həbs qərarına əsasən saxlanılmışdı.

Sabiq prezident 2011-ci il noyabrın 1-dən 2019-cu ilin 16 martına qədər Filippində törədildiyi iddia edilən qətllərdə ittiham olunur.

Избранный
38
8
missiya.az

10Источники