“Əgər Rusiya atəşkəslə razılaşmazsa, onlara qarşı sanksiyalar ən sərt halını alacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Maliyyə baxımından elə şeylər var ki, Rusiya üçün çox pis olacaq. Ümid edirəm nəticələr bu yerə gedib çıxmayacaq. Artıq Rusiyadan atəşkəslə bağlı müsbət siqnallar almışıq”, - Tramp bildirib.
ABŞ Prezidenti artıq öz nümayəndə heyətinin tezliklə rusiyalı həmkarları ilə görüşəcə yola düşdüyünü də qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxaraova da yaxın günlərdə belə təmasların olacağını istisna etməyib.