RU

Avropa ittifaqı yalnız Türkiyənin üzvlüyü ilə əhəmiyyətini təmin edə bilər - Ərdoğan

Bakı, TurkicWorld

Əgər Avropa İttifaqı öz əhəmiyyətini və gücünü itirmək istəmirsə, bunu yalnız Türkiyənin tamhüquqlu üzvlüyü ilə təmin edə bilər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın baş naziri Donald Tusk ilə görüşündən sonra keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

Ərdoğan bildirib ki, Türkiyə və Polşa NATO-nun Avropada yerləşən iki əsas müttəfiqi olmaqla yanaşı, alyansın şərq və cənub cinahlarında yerləşən ən böyük iki quru ordusuna sahibdirlər.

Görüşlərin yekunlarına toxunan prezident qeyd edib ki, Türkiyə və Polşa ticarət və investisiya həcmini 15 milyard dollara çatdırmaq niyyətindədir.

Ərdoğan, həmçinin Ukraynanın sülh danışıqlarında tutduğu mövqeni yüksək qiymətləndirib.

“Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin bu müharibə ilə bağlı mövqeyi ilk gündən bəri tam aydın olub.

“Biz istəyirik ki, iki qonşumuz müharibəni ədalətli sülhlə başa çatdırsın,” – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, əgər Rusiya və Ukrayna danışıqlar masasına qayıdarsa, Ankara istənilən dəstəyi, o cümlədən danışıqların təşkili məsələsində yardım etməyə hazırdır.

Избранный
36
39
turkic.world

10Источники