RU

Maradonanın ölümü ilə bağlı məhkəmə BAŞLADI: 7 şübhəli var

Martın 11-də Argentinanın San-İsidro şəhərində əfsanəvi futbolçu Dieqo Armando Maradonaya həyatının son günlərində köməklik göstərən 7 tibb işçisinin məhkəməsi başlayıb.

Demokratikmusavat.com Lent.az-a istinadən xəbər verir ki, tibb işçiləri qəsdən adam öldürməkdə ittiham olunurları və onları 8 ildən 25 ilə qədər həbs gözləyir. Onların arasında terapevtlər, psixiatrlar, psixoloqlar və tibb bacıları var.

Ölümündən sonra aparılan müayinə nəticəsində məlum olub ki, 60 yaşlı Maradona kəskin ağciyər ödemi və xroniki ürək çatışmazlığının ağırlaşması nəticəsində dünyasını dəyişib. Lakin ekspertiza rəyinə görə, o, başqa patologiyalardan da əziyyət çəkib. Onun böyrək və qaraciyər problemləri, ürək çatışmazlığı, nevroloji pozğunluqlar, alkoqol və psixotrop dərmanlardan asılılığı olub.

İttiham tərəfinin fikrincə, həkimlər bir sıra səhvlərə və yanlış hesablamalara yol veriblər. Maradonanın qızlarını müdafiə edən vəkil Fernando Burlando həkimlərin hərəkətlərini "səssiz, lakin vəhşicəsinə qətl" və "səhlənkarlıq adı ilə maskalanmış cinayət" adlandırıb.

Ekspertlər, Maradonanın ailəsi, dostları və həkimləri də daxil olmaqla, təxminən 120 şahidin iştirakı ilə məhkəmə iyulun ortalarına qədər davam edəcək.

Qeyd edək ki, dünya çempionu Maradona 26 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Əfsanəvi futbolçunun ölümünə ürək tutması səbəb olub.

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
34
1
Demokratikmusavat.com

5Источники