RU

Elnurə Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U23 Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qadın güləşi üzrə son medalçılar bəlli olub.

Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmaka 7:5 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rumıniyalı Georgiana Lirkayla bacarmayıb – 2:9.

Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşıb. Rəqibinə 3:0 hesabıyla yenən Elnurə Avropa çempionu olub.

Ruzanna Məmmədova (65 kq) bürünc medal görüşündə ukraynalı Oleksandra Rıbaka 2:8 hesabıyla məğlub olub.

Избранный
19
13
fanat.az

10Источники