RU

Ronaldonu Azərbaycan klubundan Dominikana çağırdılar

Dominikan Respublikası millisinin heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, dəvətlilər arasında Azərbaycan Premyer Liqasında çıxış edən futbolçu da var.

Belə ki, məşqçilər korpusu “Sumqayıt”da çıxış edən Ronaldo Vaskesə növbəti dəfə dəvət göndərib.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi bu ay Puerto Riko yığması ilə keçiriləcək iki yoldaşlıq görüşündə millinin düşərgəsində olacaq. Komandalar martın 21-də və 25-də üz-üzə gələcəklər.

Ronaldo Vaskes “Sumqayıt”a bu ilin əvvəlində Boliviyanın “Quabira” klubundan keçib.

Избранный
42
13
sportinfo.az

10Источники