RU

Əfv Komissiyasının növbəti iclası olub

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün dördüncü iclası keçirilib.

 

Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.

 

O bildirib ki, bugünkü iclasda əsasən yol-nəqliyyat hadisələri ilə bağlı məhkum olunmuş şəxslərin müraciətlərinə baxılıb: "100-ə yaxın müraciətə baxılaraq səsvermə əsasında qərarlar qəbul edilib. Komissiya bundan sonra işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra sənədlər cənab Prezidentə təqdim olunacaq".

 

Qeyd edək ki, bununla da komissiyanın bu il keçirilən iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.

 

Избранный
48
13
senzor.az

10Источники