RU

Tramp: Ukrayna danışıqlarında ərazilər müzakirə olunur

Tramp: Ukrayna danışıqlarında ərazilər müzakirə olunur

Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəslə bağlı deyil, həm də ərazi məsələsini müzakirə edirlər. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İrlandiyanın baş naziri Maykl Martinlə görüşündə deyib.“Biz həmçinin ərazilər və digər əlaqəli məsələləri də müzakirə etdik”, - deyə o, danışıqların gedişinə toxunub. Amerika lideri qeyd edib ki, təkcə atəşkəs deyil, çox təfərrüatlar müzakirə olunur, lakin o, bu təfərrüatları açıqlamayıb: “Biz bilirik ki, hansı ərazilərdən danışırıq, oradan qüvvələr çıxarılacaq, ya yox”.Tramp Ukrayna üçün müzakirə olunan atəşkəs imkanlarından və digər təkliflərdən danışaraq əlavə edib: "Düşünürəm ki, bu, Rusiya üçün məna kəsb edir. Rusiya üçün də bir çox mənfi cəhətlər var. Moskvanın bu təkliflərə razı olub-olmayacağı ilə bağlı proqnoz vermək çətindir".

Избранный
12
afn.az

1Источники