RU

Sülh sazişi elə məhz Paşinyanın ucbatından yubanır - ŞƏRH

Ermənistanın baş naziri Türkiyə mediasında da özünün yalançı sülhpərvər görüntüsünü yaradıb

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün ilk dəfə Türkiyənin media nümayəndələrinə müsahibə verib. Məlumatı Paşinyanın özü yayıb. Bu onun Türkiyə mətbuatına ilk geniş müsahibəsidir. Paşinyanın paylaşdığı qısa videoda onun jurnalistlərlə söhbət etdiyi görünür. Müsahibənin detalları hələlik açıqlanmayıb. 

“Hraparak” məlumat yayıb ki, Nikol Paşinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, sərhədin ilkin şərt olmadan açılması, eləcə də “erməni soyqırımı”nın tanınma tarixinə yenidən nəzər salmaq və Mehri vasitəsilə maneəsiz dəmir yolu yüklərinin daşınmasını təmin etmək istədiyini bildirib. Nəşr qeyd edib ki, bu, mahiyyət etibarı ilə Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxın təmasda olması deməkdir: “Onun hakimiyyətini saxlamaq müqabilində Rusiyanı Türkiyə ilə əvəzləməyə hazır olması barədə şayiələr də təsdiqlənir”. Müsahibədə iştirak edən türk jurnalistlərdən biri - NTV kanalının əməkdaşı Mete Çubukçu "modern.az"a deyib ki, müsahibə martın 13-dən etibarən yayımlanmağa başlayacaq. O qeyd edib ki, türk jurnalistlər Ermənistan tərəfindən İrəvana dəvət edilib. Jurnalist müsahibədə nələrin danışıldığını açıqlamaq istəməyib, ancaq əsasən Türkiyə-Ermənistan münasibətləri mövzusuna yer verildiyini deyib: "Ermənistan tərəfindən müsahibə üçün dəvət edildik. Buradan reportaj da hazırlayırıq. Dünən baş nazir jurnalistləri qəbul etdi, onunla görüşdük. Müsahibə sabah yayımlanacaq". Çubukçunun sözlərinə görə, müsahibədə "Anadolu", "İhlas" informasiya agentliklərinin, NTV, "CNN Türk" kanallarının, "Sözcü" qəzetinin,  T24, "Mediascope" kimi media qurumlarının əməkdaşları olmaqla 15-ə yaxın jurnalist iştirak edib. 


Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, əgər Ermənistan Baş naziri Nikol Paşinyan bu müsahibəni imitasiya etmək, sülhpərvər görüntüsü yaratmaq üçün yox, gerçək barış niyyəti ilə veribsə, bu addım Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına həqiqətən də yaxşı təsir göstərə bilər:

 "Hər zamankı kimi bu dəfə də sensasiya dalınca qaçan "Hraparak" qəzeti sözügedən müsahibədə Ermənistanın maraqlarına zidd olan məqamların yer aldığını iddia edib. Hərçənd ki, Nikol Paşinyan öz sələflərindən (Serj Sərkisyan, Robert Köçəryan, Levon ter-Petrosyan) daha çox ermənidir və Ermənistanın maraqlarını qorumaq üçün bütün hiylə və imkanlarından maksimum istifadə edir. Sülh sazişinin imzalanması da elə ilk növbədə məhz Paşinyanın ucbatından yubanır. Hər halda müsahibə yayılandan sonra bütün təfərrüatlar bəlli olacaq". 

Избранный
5
sherg.az

1Источники