RU

Qlobal Bakı Forumu hər il daha uğurlu olur - Mövlud Çavuşoğlu

Bakı. Trend:

Qlobal Bakı Forumu, həqiqətən də, hər il daha uğurlu olur,iştirakçıların sayı getdikcə artır. Builki proqram da dünyanınhəqiqətlərini, problemlərini, böhranlarını ehtiva edir. Mövzubaşlıqları bu günün problemlərini işarə edir.

Trend xəbərverir ki, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin deputatı vəNATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri MövludÇavuşoğlu Xll Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərəaçıqlamasında deyib.

Sabiq XİN başçısı bildirib ki, forumda fərqli qitələrdən,dünyanın hər yerindən çox sayda iştirakçı, çıxışçı var.

“Mən də onlardan biriyəm. Azərbaycan dəvət edirsə, hara olsa,mövzu nə olsa, gəlmək bizim borcumuz, vəzifəmizdir.

Antalyada da Diplomatik Forum keçirilir. Bu il dördüncüsükeçiriləcək. Hər il daha uğurlu, təsirli bir forum halına gəlib. Buiki forum arasında əməkdaşlığı gücləndirmək istəyirik. Bu məsələniAzərbaycan nümayəndələri ilə müzakirə etmişik. Foruma uğurlardiləyirəm”, - deyə M.Çavuşoğlu əlavə edib.

Избранный
13
3
az.trend.az

4Источники