“Yelo Bank”ın filialında müdir müştərini döyüb.Bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün feysbuk səhifəsində paylaşım edib.Vəkil qeyd edib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib.
Aqil Layıc həmçinin Azərbaycan Respublikasının Mərkəzi Bankına sual ünvanlayaraq soruşub: “Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.(Yenixeber.org)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта