RU

Əsgəranda şirkət maşını beton dirəyə çırpıldı: xəsarət alan var

Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində yol qəzası qeydə alınıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, Körpü Bina Tikinti MMC-yə məxsus "Şaqman" markalı yük maşını idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılıb.

Qəza nəticəsində sürücü xəsarətlər alıb, avtomobil yararsız hala düşüb. O, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
4
4
axar.az

7Источники