RU

“Bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir” - Yenilənib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

Dövlət başçısı bildirib: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur”.

***

İlham Əliyev, həmçinin bildirib ki, COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi.

“Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”, - dövlət başçısı vurğulayıb.

Избранный
21
49
qafqazinfo.az

10Источники