Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
Publika.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib. Portuqaliyalı mütəxəssis bəzi oyunçuları ilk dəfə əsas komandaya cəlb edib. Onlar arasında gənc futbolçular üstünlük təşkil edir.
Diqqətçəkən məqam isə Santuşun Birinci Divizionun lideri "Qəbələ"nin futbolçusu Şahin Şahniyarova dəvət göndərməsidir.
Milli komandanın təlim-məşq toplanışı martın 17-də başlayacaq.
S. | AD/SOYAD | KLUB |
1 | Rza Cəfərov | Neftçi |
2 | Şahrudin Məhəmmədəliyev | Qarabağ |
3 | Aydın Bayramov | Zirə |
4 | Amin Seydiyev | Sabah |
5 | Mert Çelik | Səbail |
6 | Bəhlul Mustafazadə | Qarabağ |
7 | Bədavi Hüseynov | Qarabağ |
8 | Rahil Məmmədov | Radomiak Radom (Polşa) |
9 | Zamiq Əliyev | Eqnatia (Albaniya) |
10 | Rəhman Daşdəmirov | Sabah |
11 | Elvin Cəfərquliyev | Qarabağ |
12 | Aleksey İsayev | Qarabağ |