“Yelo Bank”ın filial müdiri Vüqar Xəlilov müştərinin çənəsini sındırıb.
“Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumatı vəkil Aqil Layıc “Facebook” sosial şəbəkə hesabında paylaşıb.
““Yelo Bank”ın Ədliyyə Nazirliyi yanında olan filialının müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştəriyə bas bayıra deyərək, sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?
Azərbaycan Respublikasının Mərkəzi Bankı belə adamın bank müdiri atestasiyası hələ qüvvədədir?”, - deyə A.Layıc yazıb.
“Cebheinfo.az” mövzu ilə bağlı "Yelobank" ASC ilə əlaqə saxlayıb.
Bankdan bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Yekun nəticə ilə bağlı mətbuata rəsmi açıqlama veriləcək”.