RU

“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini sındırdı - FOTO

“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layıc "Facebook" hesabında paylaşım edib.

A.Layıc bildirib ki, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb. Vəkil qeyd edib ki, müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib, sonra döyərək çənəsini sındırıb:

"Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib. 

Aqil Layıc Azərbaycan Respublikasının Mərkəzi Bankına da sual ünvanlayıb:

“Belə şəxsin bank müdiri atestasiyası hələ qüvvədədir?”.

Bakıvaxtı.az bununla bağlı "Yelo Bank"a sorğu göndərib.

Избранный
12
16
bakivaxti.az

10Источники